Polis Kamala Harrisi mühafizə etməyi dayandırdı

09:34 - 8 Sentyabr 2025 - DÜNYA

Los-Anceles polisi ictimai etirazdan sonra keçmiş vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Kamala Harrisin təhlükəsizliyini təmin etməyi dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Los Angeles Times məlumat yayıb.

Qəzetin yazdığına görə, yerli polislər sentyabrın 6-da bu vəzifədən uzaqlaşdırılıb.

Sentyabrın 5-də Los Angeles Times qəzeti ABŞ prezidenti Donald Trampın onu dövlət himayəsindən məhrum etməsindən sonra ən azı 12 şəhər polisinin Harrisin təhlükəsizliyini müvəqqəti təmin edəcəyini bildirmişdi.

Xəbər xətti