Aİ rəsmiləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

08:34 - 6 Sentyabr 2025 - DÜNYA

Aİ rəsmiləri sentyabrın 8-də Vaşinqtonda anti-Rusiya məhdudiyyətləri ilə bağlı danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Associated Press agentliyi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan başçılıq edəcək. Görüş ABŞ Maliyyə Nazirliyində baş tutacaq və burada Rusiyaya iqtisadi təzyiq vasitələri, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq.

Müzakirələrə Dövlət Departamentinin, ABŞ Ticarət Nümayəndəliyinin Ofisinin və Ağ Evin rəsmiləri iştirak edəcək.

Xəbər xətti