Aİ rəsmiləri sentyabrın 8-də Vaşinqtonda anti-Rusiya məhdudiyyətləri ilə bağlı danışıqlar aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Associated Press agentliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan başçılıq edəcək. Görüş ABŞ Maliyyə Nazirliyində baş tutacaq və burada Rusiyaya iqtisadi təzyiq vasitələri, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq.
Müzakirələrə Dövlət Departamentinin, ABŞ Ticarət Nümayəndəliyinin Ofisinin və Ağ Evin rəsmiləri iştirak edəcək.