Rusiya Ermənistana qaz nəqlini dayandırdı

11:16 - 24 İyul 2025 - İQTİSADİYYAT

Gürcüstanda aparılan təmirlə əlaqədar iyulun 26-dək Rusiya qazının Ermənistana nəqli dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 24-də “Qazprom-Armeniya” məlumat yayıb.

“Gürcüstan ərazisində Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı təmir işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, - tədarükçülərin saytında deyilir.

Qeyd olunur ki, bu müddət ərzində qaz təchizatının daxili ehtiyatlar və İran İslam Respublikasından əlavə tədarük hesabına həyata keçirilməsi planlaşdırılır.

Xəbər xətti