Ermənistanda nazir vəzifəsindən azad edildi

10:41 - 16 İyul 2025 - DÜNYA

Ermənistanda ətraf mühitin mühafizəsi naziri vəzifəsindən azad edilib

Ucnoqta.az erməni mətbuatına əsasən xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə çərşənbə günü Akop Simidyanın ətraf mühitin mühafizəsi naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Prezidentin digər sərəncamı ilə bu vəzifəyə Ambartsum Matevosyan təyin edilib.

Xəbər xətti