Trampın antireytinqi rekord qırıb

10:13 - 16 İyul 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampın bəyənilməməsi rekordu qırıb.

Ucnoqta.az xəbər verir ki, bu, The Hill qəzetinin istinad etdiyi YouGov/Economist sorğusunun nəticələrindən irəli gəlir.

Araşdırmanın nəticələrinə görə, respondentlərin 55%-i Trampın siyasətindən narazıdır. Respondentlərin 41%-i onun kursunu bəyənir.

Eyni zamanda, bir neçə həftə əvvəl bu rəqəmlər müvafiq olaraq 53% və 42% idi.

Qeyd olunur ki, reytinqin aşağı düşməsi əsasən demokratik seçicilərin və heç bir partiyaya üstünlük verməyənlərin onsuz da minimal dəstəyinin azalması ilə bağlıdır.

Xəbər xətti