Ermənistanın elektrik şəbəkələri”nin idarəçiliyini hələlik dövlət öz üzərinə götürəcək
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“İndiki mərhələdə biz Ermənistanın Elektrik Şəbəkələrinin idarəçiliyini öz əlimizə almalıyıq və idarəçiliyi də özümüzə götürəcəyik, lakin biz ümumiyyətlə deməmişik ki, bu milliləşdirmə və ya satın alma prosesindən sonra və ya bu proses zamanı Ermənistanın enerji şəbəkələrini həmişə dövlət idarə edəcək.
Bizim vəzifəmiz ən effektiv menecer tapmaq və ictimai, dövlət nəzarətini formalaşdırmaqdır”, - Paşinyan bildirib.