Gəncədə avtomobil mopedlə toqquşub

18:19 - 14 İyul 2025 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub.

Qəza zamanı mopedin sürücüsü 2008-cı il təvəllüdlü K.Qəhramanzadə xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti