Bakıda 2 evdən oğurluq edən 2 nəfər saxlanılıb

14:20 - 14 İyul 2025 - HADİSƏ

Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Xəbər xətti