İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1062 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bunu İranın Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi deyib.
"Bu gün biz 1062 nəfəri dəfn etmişik, daha 5800 nəfər yaralanıb, onlardan 100-ə yaxını hələ də xəstəxanadadır, 34 nəfərin vəziyyəti ağırdır".
Daha əvvəl döyüşlər zamanı 1060 nəfərin öldüyü, 5000-dən çox insanın yaralandığı bildirilirdi.
İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb.