İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS və İslami Cihad radikal qruplaşmalarının bir neçə səhra komandirini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İDF-nin sözçüsü məlumat yayıb.
Bildirilir ki, son iki həftə ərzində İDF HƏMAS-ın hərbi qanadı və İslami Cihad terror təşkilatının müxtəlif bölmələrindəki bir sıra komandirləri məhv edib.
Qeyd olunur ki, məhv edilmiş radikallar silah istehsalı üçün qərargah və HƏMAS-ın hərbi kəşfiyyat bölməsini yenidən yaratmağa cəhd ediblər.