DİM elektron formada sınaq imtahanı keçirəcək

13:16 - 14 İyul 2025 - Xəbər

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 24 iyul tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üzrə elektron formada sınaq imtahanı keçiriləcək.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər 21 iyul saat 18:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub qeydiyyatdan keçmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi” imtahandan 4-5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək.

Xəbər xətti