Velosipedçilər tamaşaçılara çırpıldı - xəsarət alanlar var

21:27 - 6 İyul 2025 - Xəbər

Almaniyada trek velosipedi çempionatında iki atlı hasarın üstündən uçaraq tamaşaçı kütləsinə çırpılıb, 10 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Hadisə Düdenhofendə Keirin yarışı zamanı baş verib. Velosipedçilərin sürəti təxminən 60 km/saat olub.
Hadisə nəticəsində onlar qançır və sıyrıqlar alıblar. İki tamaşaçı ağır bədən xəsarətləri alıb və helikopterlə xəstəxanaya aparılıb.

Xəbər xətti