Azərbaycanda tanınmış şair xəstəxanaya yerləşdirildi

16:06 - 4 İyul 2025 - Cəmiyyət

Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib.

Bu barədə onun qızı İntizar İsmayıl məlumat verib.

O bildirib ki, atası artıq 4 gündür xəstəxanadadır:

"Keçən ayın 30-da xəstəxanaya gətirdik. Bədənində infeksiya var. Neçə gündür yemək yemir.

Həkimlərin sözlərinə görə, o, bundan sonra ən azı 10 gün də həkim nəzarətində qalmalıdır".///APA

Xəbər xətti