MAQATE ekspertləri İranı tərk edirlər

16:08 - 4 İyul 2025 - DÜNYA

Atom Enerjisi Beynəlxalq Agentliyi (AEBA) bildirib ki, təşkilatın müfəttişlər qrupu cümə günü İranı tərk edərək Vyanaya qayıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə AEBA-nın X səhifəsində bildirilib.

"Müfəttişlər qrupu bu gün İranı sağ-salamat tərk edib və Vyanadakı qərargaha qayıdır", - deyilir.

Mütəxəssislərin “son hərbi münaqişə zamanı” Tehranda olduqları qeyd edilir.

Təşkilatın rəhbəri Rafael Qrossi İslam Respublikasının nüvə proqramının monitorinqinin və yoxlanışının bərpası üçün İranla danışıqların aparılmasının vacibliyini vurğulayıb.

Xəbər xətti