Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin olunub

11:15 - 4 İyul 2025 - Xəbər

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevin Konstitusiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir.

Xəbər xətti