Kapitana hökm oxundu

10:58 - 4 İyul 2025 - Xəbər

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq bölük komandiri Ağamalı Hiddətulla oğlu Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq bölük komandiri 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, kapitan Ağamalı Hiddətulla oğlu Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət alıb.

O, Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1-ci (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3-cü (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (Təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Xəbər xətti