ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya 2026-cı ilin payızının əvvəlində öz vəzifələrini yerinə yetirəcək və İraqdakı missiyasını başa vuracaq.
Ucnoqta.az bildirir ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudani məlumat verib.
Əl-Sudani əlavə edib ki, İraq hakimiyyəti hazırda koalisiyaya daxil olan ölkələrlə təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə keçmək üçün danışıqlar aparır.
İraqın baş naziri deyib ki, ölkəsi bu kontekstdə ABŞ-la Bağdad və Vaşinqtonda artıq iki raund dialoq keçirib.