Ucnoqta.az
www.ucnoqta.az

İraqda beynəlxalq koalisiya missiyasının bitəcəyi tarix açıqlanıb

11:21 - 2 İyul 2025 tarixində dərc olunub.

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya 2026-cı ilin payızının əvvəlində öz vəzifələrini yerinə yetirəcək və İraqdakı missiyasını başa vuracaq.

Ucnoqta.az bildirir ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudani məlumat verib.

Əl-Sudani əlavə edib ki, İraq hakimiyyəti hazırda koalisiyaya daxil olan ölkələrlə təhlükəsizlik sahəsində ikitərəfli münasibətlərə keçmək üçün danışıqlar aparır.

İraqın baş naziri deyib ki, ölkəsi bu kontekstdə ABŞ-la Bağdad və Vaşinqtonda artıq iki raund dialoq keçirib. 

Müəllif: Ucnoqta.az redaksiyası