Ermənistan Rusiyanın “Factory of Real Ice Cream” (“Korovka” brendi) şirkətinin bəzi növ məhsullarının idxalını müvəqqəti olaraq qadağan edib.
Ucnoqta.az-ın erməni mətbuatına istinadən xəbərinə görə, Qida Təhlükəsizliyi Müfəttişliyi xəbər verir ki, iyulun 2-dən etibarən “Vanilli Şokolad-Kremli Eskimo Plombir Glaze” dondurmasının idxalına müvəqqəti qadağa tətbiq edilib.
Tənzimləyici qeyd edir ki, partiya koliform bakteriyalar baxımından Gömrük İttifaqının texniki reqlamentləri ilə müəyyən edilmiş standartlara cavab vermirdi.