Atəşkəsin qəbulu danışıqlara imkan yaratdı - Əraqçi

00:00 - 2 İyul 2025 - DÜNYA

İranın atəşkəs təklifini qəbul etməsi, İslam Respublikasına qarşı təcavüzün təkrarlanmasının mümkünsüzlüyü də daxil olmaqla, bir neçə şərtin yerinə yetirilməsi şərti ilə çoxtərəfli danışıqlar üçün yeni imkan yaradıb.

Ucnoqta.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Nahar” nəşri üçün yazdığı məqalədə yazıb.

"İranın müharibəni dayandırmaq tələbini qəbul etməsi çoxtərəfli diplomatiya üçün yeni pəncərə açdı və sülhə can atan bütün tərəflərə öz imkanlarını yenidən qiymətləndirmək şansı verdi" - nazir qeyd edib.
Əraqçının sözlərinə görə, bir neçə tələb də nəzərə alınmalıdır ki, bunlardan biri də “müharibənin dayandırılması tələbinin hüquqi cəhətdən möhkəmləndirilməsi və təcavüzkarın gələcəkdə zorakılıq tətbiq etməmək öhdəliyidir”.

Xəbər xətti