Slovakiya Ukraynaya səkkiz Bozena-5 minatəmizləmə sistemi tədarük edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Slovakiya istehsalı olan minalardan təmizləmə sistemlərinin qarşıdan gələn təhvil verilməsi iyulun 1-də Kiyevdə keçirilən Slovakiya-Ukrayna hökumətlərarası məsləhətləşmələr zamanı təsdiqlənib.
Slovakiyanı XİN-in siyasi şöbəsinin rəhbəri Martin Kaço, Ukraynanı isə xarici işlər nazirinin müavini Aleksandr Mişşenko təmsil edib.