"Emirates" aviaşirkəti iyulun 5-i daxil olmaqla Dubay və Tehran arasında bütün uçuşları ləğv edərək, İrana uçuş məhdudiyyətlərini uzadıb.
Ucnoqta.az bildirir ki, "Emirates"dən verilən açıqlamaya görə, qərar “regiondakı vəziyyət”lə bağlıdır.
Eyni zamanda aviaşirkət İraqa uçuşların bərpa olunduğunu açıqlayıb. Dubay-Bağdad və Dubay-Bəsrə marşrutları üzrə müntəzəm uçuşlar müvafiq olaraq iyulun 1 və 2-də bərpa olunacaq.
İran iyunun 25-dən tədricən öz hava məkanını açır. İyunun 28-də İran hakimiyyəti ölkənin mərkəzi regionu və qismən qərbi üzərində beynəlxalq uçuşlara icazə verib.