Zaxarova Rusiyada azərbaycanlıların qətl edilməsinə belə reaksiya verdi

20:59 - 28 İyun 2025 - Xəbər

Rusiya Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

Qurumun sözçüsü Mariya Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.

"İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir", - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova əlavə edib ki, daha ətraflı məlumat əldə olunan kimi İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacaq.  ///APA

Xəbər xətti