Nazir generalı təqaüdə göndərdi

20:18 - 25 İyun 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin sabiq rəisi general-mayor Məhərrəm Həsənov təqaüdə göndərilib. 

Ucnoqta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb. 

Qeyd edək ki, bu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü. Generalın FHN-də başqa bir quruma təyin olunma ehtimalı var idi. Amma Məhərrəm Həsənov öz istəyi ilə təqaüdə çıxıb. 

Xəbər xətti