MİQ imtahanlarının vaxtı məlum oldu

21:44 - 26 İyun 2025 - Xəbər

2025-2026-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MIQ) test imtahanlarının vaxtı məlum olub.

Ucnoqta.az xəbər verir ki, artıq imtahanların vaxtı və yeri barədə imtahan iştirakçılarına bildirişlər göndərilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 03-10 iyul tarixlərində keçiriləcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəd qəbulu üçün elan edilən vaxtda “Digital Login” əldə etdikdən sonra miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər”.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək:

“Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir”,- məlumatda qeyd olunub.


Xəbər xətti