"Monako" futbol klubu fransalı yarımmüdafiəçi Pol Poqba ilə müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqavilə 2027-ci il iyunun 30-na kimi razılaşdırılıb.
2024-cü ilin fevralında Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilmişdi. Oktyabrda İdman Arbitraj Məhkəməsi 2023-cü ilin sentyabrından hesablanan cəza müddətini 18 aya endirdi.
Poqbanın 32 yaşı var. O, 2018-ci il dünya çempionatının çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır (2016).