Beynəlxalq Olimpiadada məktəblilərimiz yüksək nəticə əldə ediblər

14:35 - 28 İyun 2025 - Xəbər

22–28 iyun tarixlərində Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, azərbaycanlı məktəblilər yarışda 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.

Belə ki, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal, Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.

Qeyd edək ki, yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib.

Xəbər xətti