Məhkəmə Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində QƏRAR VERDİ

15:57 - 2 İyun 2025 - Xəbər

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.

APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.

Xəbər xətti