İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq mükafata layiq görülüb

11:50 - 20 May 2025 - Xəbər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ”Global Brand Awards 2025” beynəlxalq müsabiqəsində “Dataəsaslı idarəetmədə mükəmməllik” mükafatına layiq görülüb.

Ucnoqta.az Mərkəzə istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın Global Brands Magazine jurnalının “Global Brand Awards 2025” beynəlxalq müsabiqəsində “Texnologiya” nominasiyası üzrə ali mükafatdır.

Mükafatın təqdim olunmasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə sahəsində Nazirlər Kabinetinin tapşırığı əsasında rəqəmsal platforma yaratması, eyni zamanda bu çərçivədə layihə idarəetməsi, data analitikası, coğrafi intellekt, videomüşahidə və süni intellekt imkanlarından istifadə etməsi əsas götürülüb.

Nominantlar arasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dünyada yeganə hökumət qurumu və beyin mərkəzidir.

Globalbrandawards 2025 mükafatı “Texnologiya” nominasiyası üzrə Mərkəzlə yanaşı, həm də "Microsoft", "Google", "Amazon", "Huawei", "Apple Inc"., "LG Electronics", "Tesla", "NVIDIA", "Aramco" və "Acer" kimi qlobal şirkətlərə verilib.

Xəbər xətti