Ermənistan-Gürcüstan sərhəddində zəlzələ olub
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, zəlzələ çərşənbə axşamı Ermənistan və Gürcüstanla sərhəddə, Şirak rayonunun Bavra kəndindən 8 km cənub-şərqdə baş verib.
Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 10:11-də (GMT 06:11) baş verib. Mənbənin dərinliyi 10 km, maqnitudası 2,9-dur. Episentral zonada yeraltı təkanların gücü 4 bal olub.
Zəlzələ Şirak rayonunun Bavra, Saraqyux və Aşotsk kəndlərində 2-3 bal gücündə hiss olunub.