21 yaşlı gənc 16 yaşlı qızı öldürərək Kürə atdı (YENİLƏNİB)

20:58 - 20 May 2025 - ÖLKƏ İÇİ

Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

15:54

Sabirabadda kişi həyat yoldaşını öldürərək Kür çayına atıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdə Cühür kəndində qeydə alınıb. Kənd sakini, Mirmövsüm Talıbov həyat yoldsşını öldürərək Kür çayına atıb. Hazırda meyitin Kür çayında axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir.

Xəbər xətti