Tramp Putinlə telefon danışığını “çox yaxşı” adlandırıb

21:51 - 19 May 2025 - DÜNYA

Tramp Putinlə bugünkü telefon danışığını “çox yaxşı” adlandırıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
"Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirib.
Məncə, çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaq. Şərtlər birbaşa iki tərəf arasında razılaşdırılacaq, çünki yalnız onlarda başqa heç kimin bilmədiyi təfərrüatlar var.
Söhbətin tonu və ruhu əla idi. Əgər belə olmasaydı, mən bunu sonra deyil, indi deyərdim.

Rusiya bu fəlakətli “qan banyosu” bitdikdən sonra ABŞ-la genişmiqyaslı ticarəti inkişaf etdirmək istəyir və mən bunu dəstəkləyirəm.
Rusiyanın çoxlu sayda iş yerləri və sərvət yaratmaq üçün böyük imkanları var. Onun potensialı sonsuzdur. Ukrayna da öz ölkəsini yenidən qurarkən ticarətdən böyük qazanc əldə edir.

Rusiya ilə Ukrayna arasında danışıqlar dərhal başlayacaq. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə, Fransa prezidenti Emmanuel Makrona, İtaliyanın baş naziri Corcio Meloniyə, Almaniya kansleri Fridrix Mersə və Finlandiya prezidenti Aleksandr Stubba prezident Putinlə söhbətdən dərhal sonra mənimlə söhbət zamanı məlumat verdim. Papanın simasında Vatikan danışıqlara ev sahibliyi etməkdə böyük maraq göstərib.

Bu proses başlasın!"

Xəbər xətti