ABŞ-ın vitse-prezidenti J.D.Vens bir daha bəyan edib ki, Moskva və Kiyev razılığa gələ bilməsə, ABŞ Ukrayna münaqişəsinin həlli üçün sülh prosesində iştirakını dayandırmağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, o, Romadan Vaşinqtona uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
"Nəticələri görmək istəyirik. Və görmək istədiyimiz və sevindiyimiz ilk mühüm nəticə o oldu ki, biz Rusiya və Ukraynanın danışıqlar masasına real sülh təklifi qoymasını istədik".
Vitse-prezident vurğulayıb ki, Ukraynada sülh danışıqlarında bir az dalana dirənib, lakin ABŞ sülhün əldə edilməsində tərəfdaş olmağa hazırdır.
"Biz buna son qoymağa çalışacağıq, amma bacarmasaq, o zaman deyəcəyik: "Bilirsən, cəhd etməyə dəyərdi, amma biz bunu daha etməyəcəyik" - Vens vurğulayıb.
O, Trampla Putin arasında planlaşdırılan telefon danışığını şərh etməkdən imtina edib.