Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti Nəvai şəhərindəki 3 saylı hidrometallurgiya zavodundan tərkibində 1,5 kq-dan çox qızıl olan iki kiloqramlıq yarımfabrikat oğurlamağa cəhd edən işçilərin hərəkətlərinin qarşısını alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə xidmətin Telegram kanalında məlumat verilib.
Qeyd olunur ki, iki usta və bir sex işçisi qabaqcadan əlbir olaraq iki kiloqramlıq yarımfabrikatı fabrikin içərisində hava təmizləyən boruda gizlədiblər.
Müəyyən edilib ki, bu yarımfabrikatda ümumilikdə 1 kq 523 qram xalis qızıl var və onun dəyəri 2 milyard 102 milyon sum (təxminən 161,7 min dollar) təşkil edir.
Xüsusi xidmət həmin şəxslərə qarşı cinayət işi açıldığını əlavə edib.