Rusiya atəşkəsi rədd edərsə, ... - Makron

22:21 - 16 May 2025 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron Ukraynanın İstanbulda atəşkəslə bağlı tələblərinə Rusiyanın cavabları ilə bağlı məlumat gözləyir ki, Moskva bundan imtina edərsə, ABŞ-la Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edə bilsin.

Ucnoqta.az xəbər verir ki, o, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
"Rusiya tərəfi bu gün baş tutan müzakirələrin nəticələrinə əsasən Ukrayna tərəfinə cavablar verəcəyini vəd edib. İndi biz səbirli olmalıyıq, lakin bundan sonra atəşkəs tələbinə cavab mənfi qalsa, reaksiya verməli və sanksiyaları sərtləşdirməli olacağıq. Hazırda avropalılarla ABŞ arasında iş gedir, lakin təfərrüatlara getmək hələ tezdir", - deyə o bildirib.

O, söz verib ki, Rusiya tərəfinin cavabını öyrənən kimi Zelenski və Böyük Britaniya, Polşa və Almaniya liderləri ilə birlikdə ABŞ prezidenti Donald Trampa zəng edəcək.

Xəbər xətti