Azərbaycanda istiliyin verilməsi vaxtı DƏYİŞDİRİLƏCƏK

13:11 - 16 May 2025 - Cəmiyyət

“İstiliyin verilməsinın vaxtının dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb”.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

O bildirib ki, dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək:
“Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır”.

Qeyd edək ki, Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.///apa

Xəbər xətti