Buenos-Ayres şəhərətrafı qəsəbələrində və eyniadlı əyalətin bəzi şəhərlərində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "La Nación" qəzeti regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, üç nəfər itkin düşənlər siyahısındadır. Təxliyə edilənlərdən bəziləri fəlakət bölgəsini tərk edib.
Cümə günündən etibarən Buenos-Ayres və onun ətraf ərazilərində güclü yağışlar davam edir. Bu müddət ərzində 400 mm-dən çox yağıntı düşüb. Ərazilərdə qırmızı təhlükə davam edir.