Bakıda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən İran vətəndaşı Mehdi Tabarakinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Ucnoqta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Mehdi Tabaraki 14 il müddətinə azadlıdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, ötən ilin aprelində Bakının Nərimanov rayonunda Mehdi Tabaraki keçmiş həyat yoldaşını avtomobildə bıçaqla öldürməyə cəhd edib. Qadın övladının atası ilə görüşünə icazə vermədiyi üçün Mehdi Tabaraki bu addımı atıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.///apa