Çilidə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 13,2 min nəfərin yaşadığı Salamanka şəhərindən 18 km cənub-şərqdə yerləşib. Ocaq 79 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.