İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail Yəməndə Ənsar Allah hərəkatının husi üsyançılarının hərəkətlərinin arxasında İranın dayandığına əmindir.
Husilərin Ben Qurion Beynəlxalq Hava Limanını atəşə tutmasını şərh edərkən o, sərt cavab vəd edib və ölkəsinin Tehrana aydın siqnal göndərəcəyinə vəd verib.
Ucnoqta.az xəbər verir ki, Netanyahu bu barədə Qüdsə səfərə gələn Kipr prezidenti Nikos Xristodulides ilə görüşdə bildirib. İsrail hökumətinin başçısının bəyanatları onun ofisi tərəfindən yayılıb.
"Ticarət yollarına gəlincə, İsrail də daxil olmaqla bütün dünya husilər tərəfindən təhdid edilir. Bu gün onlar Ben Qurion hava limanı yaxınlığında iyrənc hücum həyata keçiriblər.
Biz buna dözməyəcəyik və çox sərt əks tədbirlər görəcəyik. Biz həmişə xatırlayacağıq ki, onlar himayədarları olan İranın əmri və dəstəyi ilə hərəkət edirlər.
Təhlükəsizliyimizi təmin etmək, effektiv cavab vermək və İrana buna dözməyəcəyimiz barədə aydın siqnal göndərmək üçün lazım olan hər şeyi edəcəyik”, - Netanyahu bildirib.