Cənubi Koreya prezidentinə ittiham irəli sürülüb

10:46 - 1 May 2025 - DÜNYA

Cənubi Koreya Prokurorluğu keçmiş prezident Yun Sok Yola qarşı 2024-cü ilin dekabr ayının əvvəllərində hərbi vəziyyətlə bağlı hadisələrlə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Çunan İlbo” qəzeti məlumat yayıb.

Məlumata görə, hərbi vəziyyətin üsyan maddəsi ilə baş vermiş hadisələri araşdıran prokurorluğun xüsusi qrupu bildirib ki, sabiq dövlət başçısının əməllərinin onun səlahiyyətlərinə uyğunluğu yoxlanılacaq. 

Bu şübhələr həm də icra zamanı səlahiyyətli orqanlara mane olmaq cəhdi ilə bağlıdır.

Xəbər xətti