100 oyun, 22 qol ... - Lamin Yamal tarix yazdı

08:07 - 1 May 2025 - İDMAN

Çempionlar Liqasında yarımfinal mərhələsində "Barselona" "İnter" qarşılaşmasında qapılara 6 qol vurulub - 3:3.

Ucnoqta.az xəbər verir ki, gərgin keçən qarşılaşmada mərakeşli Lamin Yamal 18 yaşına qədər "Barselona"da 100 oyun keçirib, 22 qol vurub və 33 məhsuldar ötürmə edib.

Kriştiano Ronaldo 18 yaşına qədər "Sportinq"də 19 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Lionel Messi 18 yaşına qədər "Barselona"da 9 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti