Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 200 min manatdan çox pul mənimsəmədə təqsirləndirilən "Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxovun məhkəməsi sona çatıb.
Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirikən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə S. Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərin qaldırdığı mülki iddia təmin edilib.
Qeyd edək ki, Sərvər Şeyxov vətəndaşlara ev almaq adı ilə onların etibarından sui- istifadə edərək 210 min manat dələduzluq edib. İş üzrə iki zərərçəkən var. Onlara dəymiş zərər ödənilməyib.
S. Şeyxov bundan qabaq da dələduzluq əməli ilə məhkumluq yaşayıb.