Vaşinqton administrasiyası və İran hakimiyyəti müəyyən edilmiş atəşkəs parametrləri ilə bağlı mübahisəli məsələləri həll etmək üçün çalışır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin müavini Kristofer Landau Vaşinqtonda yerləşən Atlantik Şurasında çıxış edərkən bildirib.
"Düşünürəm ki, İranı düşmən dövlət kimi deyil, ABŞ və digər ölkələrdən özəl investisiyaları alqışlayan bir dövlət kimi düşünmək heyrətamiz olardı. Bunun dünyanı necə dəyişdirəcəyini düşünün", - deyə ABŞ Dövlət Katibinin müavini bildirib.