Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan etdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarı ilə Pravoslav Pasxa bayramı ərəfəsində 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il tarixinə qədər atəşkəs elan edilib.
Kreml həmçinin qeyd edib ki, Rusiya Ukraynanın Moskvanın nümunəsini izləməsini və Pasxa atəşkəsini dəstəkləməsini gözləyir.
Rusiya qoşunlarına 11-12 aprel tarixlərində Pasxa atəşkəsi zamanı bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq, lakin düşmənin hər hansı bir təcavüzünə qarşı durmağa hazır olmaq tapşırılıb.