Ucnoqta.az
www.ucnoqta.az

MMC rəhbərinə 7 il həbs verildi

12:26 - 1 May 2018 tarixində dərc olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 200 min manatdan çox pul mənimsəmədə təqsirləndirilən "Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxovun məhkəməsi sona çatıb. 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirikən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə   S. Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərin qaldırdığı mülki iddia təmin edilib.

Qeyd edək ki, Sərvər Şeyxov vətəndaşlara ev almaq adı ilə onların etibarından sui- istifadə edərək 210 min manat dələduzluq edib. İş üzrə iki zərərçəkən var. Onlara dəymiş zərər ödənilməyib.

S. Şeyxov bundan qabaq da dələduzluq əməli ilə məhkumluq yaşayıb.

Müəllif: