"Eurowings" təyyarəsi Hamburq hava limanında təcili eniş edib.
Ucnoqta.az bildirir ki, bu barədə Bild qəzeti məlumat verib.
Airbus A319 təyyarəsi Hamburqdan Londona yola düşüb, lakin qısa müddət sonra Bremen yaxınlığında geri dönərək uçuş hava limanına qayıdıb.
Qəzetin məlumatına görə, təyyarənin mühərriklərindən biri sıradan çıxıb. Təyyarə yerli vaxtla saat 14:28-də eniş edib.
Təyyarədə 130-dan çox insan olub və heç kim xəsarət almayıb.