Yatmaq üçün ideal vaxt

07:14 - 10 Aprel 2026 - Cəmiyyət

İspan Yuxu Cəmiyyətinin xronobiologiya işçi qrupunun koordinatoru Mariya Xose Martines Madrid həm erkən, həm də gec yatmağın sağlamlığa mənfi təsir göstərdiyini bildirib. 

Ucnoqta.az xəbər verir ki, o, CuidatePlus-a verdiyi müsahibədə ideal yatmaq vaxtını açıqlayıb.
Madridin sözlərinə görə, insanın gecə yeddi-doqquz saat yuxuya ehtiyacı var. "Səhər saat 6:30 ilə 8:00 arasında oyananlar saat 22:30 ilə 23:30 arasında yatmalıdırlar", - deyə o qeyd edib.

Lakin mütəxəssis insanları saat 23:30-dan gec və ya saat 21:00-dan tez yatmamağa çağırıb. Birincisi yorğunluğa, performansın azalmasına, metabolik pozğunluqlara və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər, ikincisi isə sadəcə məsləhət görülmür. Madrid əlavə edib ki, saat 21:00-dan əvvəl yatmaq yalnız insanın çox erkən oyanması lazım olduqda düzgündür.

Xəbər xətti