İƏT-in baş katibi İlham Əliyevi təbrik edib
19:04 - 12 Aprel 2018 - Xəbər
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə İƏT-in rəsmi saytında deyilir.
Onun sözlərinə görə, aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri bütün demokratik prinsiplər nəzərə alınmaqla şəffaf və sakit mühitdə keçdi.